Prezident İlham Əliyev Musa Ağabəy oğlu Bağırova prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, o, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə prezidentin fərdi təqaüdünə layiq görülüb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.