Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırıb.
Bu barədə Vesti.az-a Xəzər rayon Prokurorluğundan məlumat verilib.
Hadisə dünən Buzovna qəsəbəsi, Telman küçəsi 24 ünvanında baş verib. 1971-ci il təvəllüdlü Nuriyev Coşqun Eyvaz oğlu qohumlarının gözü önündə üstünə benzin tökərək özünü yandırıb. Qohumları yanğını söndürsələr də, C.Nuriyevin həyatını xilas etmək mümkün olmayıb.
O, hadisədən 8 saat sonra xəstəxanada vəfat edib.
Prokurorluqdan verilən məlumata görə, C.Nuriyev evli olmayıb: “İlkin araşdırmalara əsasən Nuriyevin subay olduğu məlum olub. Heç yerdə işləməyən veteran bir müddətdir qohumları ilə yaşayırmış. O, Qarabağ müharibəsi iştirakçısı olub. Bu da onun psixologiyasında izlər qoyub”.