Ramazan ayının bayram namazı iyulun 29-da Təzəpir məscidində saat 9:00-da, Əjdərbəy məscidində isə saat 8:00-da qılınacaq.
QMİ-nin Mətbuat Xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, iyul ayının 28-i bayram axşamıdır.
Hər iki gün Azərbaycan hökuməti tərəfindən rəsmən bayram günləri elan edilib.