Slavyanskda ordudan istifadə etmək xalqa qarşı cinayətdir.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.
“Əgər Kiyev doğrudan da Slavyanskda ordudan istifadə etməyə başlayıbsa, bu öz xalqına qarşı çox ciddi cinayətdir”, - deyə o vurğulayıb.