ABŞ Dövlət Departamenti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 24 aprel bəyanatını alqışlayır.
APA-nın xəbərinə görə, bunu DD-nin rəsmi nümayəndəsi Cen Psaki deyib. O, Ərdoğanın 1915-ci ildə ermənilərin məruz qaldığı iztirabları tanımasını alqışladıqlarını deyib:
“Biz hesab edirik ki, bu, faktların tam, açıq və ədalətli şəkildə etiraf olunmasının və türklərlə ermənilər arasında barışığın mümkünlüyünü göstərir”.