Zaqatalada baş verən yol qəzasında dünyasını dəyişən və yaralanan şəxslərin AXCP-nin üzvləri olduğu məlum olub.
APA-nın məlumatına görə, qəza zamanı dünyasını dəyişən Mehdili Məhərrəm Nəriman oğlu AXCP-nin Balakən rayon təşkilatının sədri, xəsarət alan Fikrət Alqayev isə partiyanın məclis üzvüdür. Onlar Bakıdan toydan qayıdırmışlar.
Onu da qeyd edək ki, qəzada yaralanan F. Alqayev 2005-ci ildə “Azadlıq” blokunun Balakən rayonundan deputatlığa namizədi olub.