1939-cu ildə Bakıda qulluqçu ailəsində anadan olub 190 saylı orta məktəbdə oxuyan Tofiq İsmayılov müharibədən sonrakı illərin əzab-əziyyətlərinə sinə gərməklə boş vaxtlarını dram dərnəyində keçirməklə aktyorluq sənətinin sirrlərini öyrənir. Gənc Tamaşaçılar Teatrının səhnəsində epizodik rollar oynayırdı. 1962-ci ildə M.A.Əliyev adına Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra aktyor kimi Gənc Tamaşaçılar Teatrında əsas rolları bacarıqla yaradan Tofiq İsmayılov 1964-cü ildən təhsilini rejissorluq fakültəsində davam etdirməklə Tele-radio Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor kimi çalışır.