Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvanda
keçirilən genişmiqyaslı hərbi təlimlərdən danışıb.
APA-nın
məlumatına görə, Z. Həsənov C. Naxçıvanski adına Hərbi Liseydə keçirilən
tədbirdə çıxışı zamanı bildirib ki, neçə illərdir, dinamik inkişaf edən Naxçıvan
etibarlı formada qorunmalıdır və qorunur.
Nazir qeyd edib ki, digər
bölgələrdə olduğu kimi, Naxçıvanda da hərbi strukturların inkişafına diqqət
yetirilməlidir: “Təlimlər sübut etdi ki, şəxsi heyətdə böyük ruh yüksəkliyi var.
Onlar istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə
hazırdırlar”.
Z. Həsənov ordunun istənilən vaxt torpaqları işğaldan
azad etməyə, Ali Baş Komandanın əmrinə hazır olduğunu da vurğulayıb.