Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Beyləqan şəhərində bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qəbul aprelin 25-də saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 7) keçiriləcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların (Beyləqan, Füzuli, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Xocalı, Laçın) sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.