İranın Qərbi Azərbaycan vilayətində zəlzələ baş verib.
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinə təsadüf edib.
3 bal gücündə olan zəlzələ aprelin 18-də Bakı vaxtı ilə saat 09:12-də yerin 4 km dərinliyində meydana gəlib. Təbii fəlakət Xoydan 23 km, Səlmasdan 27 km və Təzəşəhrdən 30 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur.