https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
19 Aprel 2024
18 Aprel 2024

“Bakı-2015” Oyunları Akademiyası işə başladı

“Bakı-2015” Oyunları Akademiyası işə başladı
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) “Bakı-2015” Oyunları Akademiyası təşəbbüsünü irəli sürərək, Məzun Təlim Proqramı üçün ərizələrin qəbuluna start verib.

Lent.az-ın məlumatına görə, Oyunlar Akademiyasının yaradılmasında məqsəd çevik öyrənmə üsulları ilə birgə Azərbaycan və bütün Avropadan olan universitet məzunlarının Məzun Təlim Proqramında iştiraklarını təmin etmək, yerli qrup üzvlərinin bacarıq və Oyunlarla bağlı biliklərini artırmaqdır.
 
Hər iki proqram, Oyunlar Akademiyasına Azərbaycanda potensial və dəyərli yerli irsin formalaşmasına dəstək olmaq imkanı verəcək. BEGOC və Azərbaycan Gənclər Fondunun rəhbərlik etdiyi təşəbbüsü Avropa Olimpiya Komitəsi (EOC) təsdiqləyib. Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunlarının icraçı direktoru Azad Rəhimov Məzun Təlim Proqramını şərh edərkən, “Bu, Azərbaycandan və bütün Avropa ölkələrindən olan gənclərə ilk Avropa Oyunlarının uğurlu keçməsinə yardım göstərmələri üçün yaradılan imkandır. Biz bu cür məqsədli gənc məzunların yolunu gözləyirik və onlara ilk karyera uğurlarını dünyanın möhtəşəm idman tədbirinin təşkilində qazanmaları üçün köməklik göstərəcəyik” deyib. 2012 - 2014-cü illər arasında məzun olmuş istedadlı və həvəsli gənclər Məzun Təlimi Proqramına müraciət edə bilərlər.
 
İlk Avropa Oyunlarında təcrübə toplamaq və öz istedadlarını artırmaq imkanı bəxş edən Məzun Təlimi Proqramı 199 namizədi (Azərbaycan universitetlərindən 150 nəfər və Oyunlarda iştirak edəcək ölkələrin Milli Olimpiya Komitələrindən bir nəfər olmaqla 49 nəfər) əhatə edəcək. Proqrama 3 həftəlik intensiv təlim daxil ediləcək və bundan sonra iştirakçıların üzərinə bir il müddətində Oyunları planlaşdırmaq və həyata keçirmək kimi real öhdəlik qoyulacaq. Onlara bu işdə beynəlxalq ekspertlərdən ibarət liderlər və təlimçilər yardım edəcək. Namizədlər sınaq tədbirlərində və Oyunların keçiriləcəyi vaxt ərzində geniş təcrübə toplayacaqlar.
 
Yerli BEGOC qrupu həmçinin, Çevik Öyrənmə Üsulu təşəbbüsündən yararlanacaq və bu təşəbbüs onları tədbirin idarə edilməsi, çoxsaylı idman tədbirləri üzrə əsas bacarıq və hazırlıq kursları ilə təmin edəcək. Bu kursları təcrübəli qrup üzvləri keçirəcək və namizədlər Oyunlarla bağlı yerinə yetirəcəkləri vəzifələrə hazırlıqlı olacaqlar. EOC prezidenti Patrik Hikki deyib: “Oyunlar Akademiyası “Bakı-2015”in irəli sürdüyü tam yeni innovativ ideyadır, Azərbaycandan və Avropanın istənilən yerindən olan gənclər üçün olduqca faydalı olacaq. Bu akademiya EOC və BEGOC-un idmanın idarə edilməsi ilə bağlı yüksək təcrübə nümayiş etdirmək məqsədilə ilk Avropa Oyunları üçün eyni missiyanı  paylaşmasının bir nümunəsidir. BEGOC-un istifadə etdiyi təchizat tərəfdaşları da Azərbaycan xalqının bu ideyanı dəstəklədiyini göstərir. Mən xüsusi olaraq Avropa Milli Olimpiya Komitələrinin bu Akademiyanın bir hissəsi olmaq üçün dəvət olunması təşəbbüsündən məmnunam və əminəm ki, Məzun Təlimi Proqramındakı 199 gənc  Oyunların təşkilatçılarına və AOK-a faydalı yardım göstərəcəklər”.
 
Bakı 2015 Oyunları Akademiyasının təşkil olunması ilə bağlı Azərbaycan Gənclər Fondunun sözçüsü bildirib: “Biz Azərbaycan prezidentinin himayəsi altında, “Bakı-2015” Oyunları Akademiyasının inkişafına yardım etməkdən şərəf duyur və inanırıq ki, bu innovativ təşəbbüs gənclərimizi həvəsləndirəcək, onların inkişafına dəstək verəcək olduqca möhtəşəm və uzun müddətli addımdır”.
 
Oyunlar Akademiyasının məsul şəxsi Qavin Makalpin isə deyib: “İnanırıq ki, Oyunlar Akademiyası irimiqyaslı tədbirlər sənayesində unikal hadisə olacaq. İlk dəfə olaraq, bu cür irimiqyaslı tədbirdə insanlar, korporativ təşkilatlarda  gələcək karyeralarını müəyyən edəcək bilik və təcrübə əldə edə biləcəklər”.
 
Gələcək nəsillərə geniş imkanlar yaratmaq, karyerasında irəliləyiş əldə etmək və digər proqramlara bənzəməyən məzun təlimi proqramının bir hissəsi olmaq istəyənlər http://www.baku2015.com/en/gamesacademy İnternet saytında Məzun Təlimi Proqramına müraciət edə bilərlər. Ərizələr 08.05.2014 tarixinədək qəbul edilir.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.