Azərbaycan prezidenti İlham Əliyev Kamal Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
525.az-ın məlumatına görə, prezidentin digər sərəncamı ilə K. Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib.